15 ilə yaxındır fəaliyyət göstərən professional usta malyar briqadamız tərəfindən tətbiq olunan Dekorativ Boya teksturaları işləndiyi məkanlara yüksək estetik görünüm və gözoxşayan dekor boya effektləri vermək missiyası daşıyır. Usta briqadamız tərəfindən Divar, Tavan, Kalon, Lepka və.s üzərinə özəl teksturalar və müxtəlif rəng çalarları ilə Qumlu, Sədəf, Məxmər, Muncuq, Beton, Travertin, Mərmər, Basqı effektləri və.s tipli tətbiqi dizayn-dekorasiya növləri işlənməkdədir. İtalyan- Venesiya üslubu memarlıq dizayn ənənələrinin incisi, eyni zamanda Şərq otantizm ünsürlərinin də müasir daşıyıcısına çevrilmiş Dekorativ Boya işləmələri interyer-eksteryer dizaynla həmin məkana füsunkar və ecazkar bir görüntü verməklə izləyənlərinə xoş bir aura bəxş edir.

Ev, Villa, Restoran, Otel, Ticarət mərkəzləri, Ofis, Klinika,Gözəllik salonları, Mağaza dükan, Showroom-lar, Əyləncə məkanları və.s kimi məkanlarda müxtəlif teksturalarla fərqli görüntülər və rəng çalarları yaratmasıyla daim insanların maraq obyektinə çevrilir. O cümlədən evlərinizin qonaq,yataq, uşaq otaqları,mətbəx ,koridor, sanuzelin tavanı həmçinin bəzi açıq və ya qapalı, süni və təbii işıqlandırma görən yerlərdə tətbiq olunan dekorativ boya işləmələri müxtəlif bucaq altında baxıldıqda fərqli imitasiya və yansımalar da verə bilir.

Dekorativ boyanı tətbiq olunan obyektlərə bütövlükdə yaxud yalnızca evinizin bir otağına yada istənilən müəyyən bir guşəsinə (divar, tavan, kolon, TV stend arxası, çərçivə daxilinə,kənarına və.s) dekore etdirə bilərsiniz. İnteryer və eksteryer olaraq sinifləndirilən bu boyalar, həm Antik, Eleqant, Loft və ya Klassik tərzi sevənlər üçün, həmdə canlılığı, rəngarəngliyi seçənlər, təbiəti öz məkanında hiss etmək istəyənlər üçün təqdim olunan məhsulları ilə insanlarda böyük bir marağa səbəb olmaqdadır.

Xüsusiyyət və şərtlər:

Dekorativ boyalar su bazlı boya məhsulları arasında və divar kağızlarına nisbətən, divarda havalanma, toz və ləkələrin rahatlıqla silinəbilmə və yuyulabilməsi, uzunömürlülüyü, rənginin solmaması və.s kimi bir çox keyfiyyət üstünlüklərinə malikdir. Xüsusi metod və üsullarla dekor-boya işlərini həyata keçirən isə, təcrübəli ustalardan ibarət Usta-Malyar briqadasıdır.

İşlənəcək məhsulun,teksturanın seçimləri isə firma kataloquyla, canlı lövhə nümunə kataloqlarıyla, şəkillərlə və ya layihəyə verilmiş Dizayn formasına uyğun olaraq işləniləcək məkanda uyğun dekorativ işləməni seçməklə həyata keçirilir. Material, ləvazimat və işçilik qiymətlərə daxil olmaqla hesablanır və işin dəyəri əsasən kvadrat metrlə qiymətləndirilir.

İşləmə çeşidləri hər zövqə və büdcəyə uyğun şəkildədir. İnstagram (dekorativ_boya) və Facebook (https://www.facebook.com/dekorativboya) səhifələrimizdə gördüyümüz real işlərimizin foto şəkilləri müntəzəm olaraq paylaşılır və haqqında ətraflı məlumat verilir.